Hörmətli Müəssisə Rəhbəri, “Capital Audit Ltd” audit şirkəti sizi qarşılıqlı sərfəli şərtlər ilə əməkdaşlığa dəvət edir. Şirkət Azərbaycan Respublikası Auditorlar Palatasının 1085 - 26.01.2001 saylı lisenziyası əsasında fəaliyyət göstərir.

Capital Audit Ltd 2002 –cı ildə cəmiyyətin hazırki direktoru İslam Bayramovun təşəbbüsü və iştirakı ilə təşkil olunub. Məhz onun Auditin planlaşdırılması və aparılması sahəsindəki təcrübəsi məssisənin əməkdaşları tərəfindən tez bir zamanda və keyfiyyətli audit aparılmasını təmin edir.

Şirkətimiz tərəfindən audit aparılması əksər hallarda olduğu kimi müəssisələrin Maliyyə hesabatlarının qiymətləndirilməsi ilə bitməyib, əsasən onların gələcəkdə səmərəli fəaliyyətinə yönəli istiqamətdə həyata keçirilir. Fəaliyyət müddəti ərzində şirkətimiz bir necə dəfə Auditorlar palatasının fəxri diplomu ilə təltif edilmişdir.




Xidmətlərimiz:
    • Mühasibat və maliyyə hesabatlarının audit yoxlaması;
    • Maliyyə-təssərrüfat fəaliyyətinin ekspertizası və təhlili;
    • Mühasibat uçotunun qurulması və hesabatların təhlili;
    • Maliyyə-təsərrüfat əməliyyatlarının qanunauyğunluğuna və hesabat göstəricilərinin düzgünlüyünə auditor rəyinin verilməsi;
    • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tövsiyyə və təkliflərin hazırlanması;
    • Təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsi, inventarlaşdırılması və onların düzgünlüyünün təsdiqi;
    • Fiziki və hüquqi şəxslərə maliyyə, vergi qanunvericiliyi, mühasibat uçotu, özəlləşdirmə, səhmləşdirmə sahəsində məsləhətlərinin verilməsi;
    • Maliyyə-təsərrüfat münasibətləri sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərin göstərilməsi.










 
AZ 1004, Baku, Azerbaijan 21, Harbi Str, Icheri Sheher Tax ID No:2000064451 Audit License AB No: 011876
Phone: (99412) 4481050 Phone/fax: (99412) 4481060 E-mail: capital@capitalaudit.com URL:http://www.capitalaudit.com
All Rights Reserved ® 2005 Capital Audit