|
|
|
|
|
|
|
Kapital Konsaltinq Ltd hüquqi şəxslərin dövlət qeydiyyatı və eləcədə onların digər dövlət orqanlarında qeydiyyatdan keçirilməsi üzrə öz xidmətlərini təklif edir... Ə t r a f l ı |
|
|
|
|
|
|
1. Barəmizdə
Şirkətimiz 7 dekabr 2001-ci il tarixində təsis olunub...
Cəmiyyət 10 yanvar 2002-ci il tarixdə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən AT/031 qeydiyyat nömrəli “Auditor fəaliyyəti” həyata keçirməyə icazə verən lisenziya alaraq həmin dövrdən etibarən Azərbaycandakı yerli və xarici şirkətlərə auditor xidmətləri göstərir.
Cəmiyyət fəaliyyət predmetinə aid olan xidmətləri təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında, habelə salahiyyətli dövlət orqanlarının müvafiq qərarına əsasən (sifarişi ilə) göstərir.
Cəmiyyət Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür. Auditorlar Palatasının üzvü kimi Cəmiyyət aşağıdakı vəzifələri daşıyır:
- Auditor xidməti haqqında mövcud qanunvericiliyin tələblərinə riayət etmək;
- Auditin aparılmasına dair Auditorlar Palatası tərəfindən təsdiq edilmiş standartları, təlimatları, tövsiyyələri və metodik göstərişləri işdə düzgün tətbiq etmək, habelə icrası məcburi olan təlimat və metodik göstərişləri tam və dəqiq yerinə yetirmək;
- Peşə və etika normaları standartlarına riayət etməklə sifarişçinin mənafelərinin qorunmasını təmin etmək;
- Auditorlar Palatası tərəfindən təsdiq olunmuş hesabat formaları üzrə öz işləri barədə Palataya vaxtlı-vaxtında hesabat və məlumatlar vermək;
- Auditorlar Palatası Şurası tərəfindən müəyyən edilmiş məbləğdə üzvlük haqqı ödəmək;
- Auditor xidməti göstərildiyi zaman əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxvi saxlamaq;
- "Auditor xidməti" haqqında Azərbaycan Respublikasının Qanununda auditor xidməti sahəsində qoyulmuş qadağanlara riayət etmək;
- Peşə vəzifələrini yerinə yetirərkən müstəqillik tələblərinə əməl etmək;
- Auditor xidmətindən başqa, digər növ fəaliyyətlə məşğul olmamaq.
2. Bizim sifarişçilərimiz
- LUKoyl Azərbaycan QTSC;
- MBASK Sığorta Şirkəti;
- Azərbaycan Dövlət Dəmir Yolu;
- Bakı Banklararası Valyuta Birjası QTSC;
- "British American Tobacco Ltd" Azərbaycan nümayəndəliyi;
- SGS Azeri Ltd;
- Caspian Energy Group şirkətinin Bakı nümayəndəliyi;
- "Transparency Azerbaijan”" Cəmiyyəti;
- "Bakı Təhsil Məlumat Mərkəzi" humanitar fondu;
- Emerson Process Management şirkətinin nümayəndəliyi;
- Ecoservices Ltd şirkətinin nümayəndəliyi;
- Currie&Brown şirkətinin nümayəndəliyi;
- Azərbaycan DRES Məhdud Məsuliyyətli Cəmiyyəti;
- Ağdaş Pambıq ATSC;
- Goran Pambıq ATSC;
- Zərdab Pambıq ATSC.
- Wembley Developments (Azerbaijan) QTSC;
- CATEL Azərbaycan –ABŞ birgə müəssisəsi
Həmçinin biz aşağıdakı şirkətlərə konsalting xidmətləri göstəririk:
- "Deloitte & Touche Regional Consulting Services Limited";
- Wempley Development (Azerbaijan);
- Açıq Cəmiyyət İnstitutu, Yardım Fondu Azərbaycan Nümayəndəliyi;
- Bakı Banklararası Valyuta Birjası.
- “Bakı Təhsil Məlumat Mərkəzi” humanitar fondu;
- Şirvan oyl BM;
- Nargilə MMC;
- CATEL Azərbaycan –ABŞ birgə müəssisəsi
Sifarişin yerinə yetirilməsi metologiyası
Audit Azərbaycan Respublikasının milli standartlarının, həmçinin Beynəlxalq Audit standartlarının – BAS (İnternational Standards of Auditing - İAS) tələblərinə müvafiq aşağıdakı metodologiyaya uyğun olaraq həyata keçirilir:

Auditin planlaşdırılması – ümumi planda kifayət qədər auditor sübutları toplamaqla ilkin təhlil, daxili nəzarət sisteminin etibarlılığını və auditor risklərinin qiymətləndirilməsi nəticələri əsasında audit keçirilməsinin metod və üsullarını müəyyən etməkdən, müvafiq audit standartlarına uyğun olaraq auditor seçməsini formalaşdırmaqdan, auditin əhəmiyyətlilik səviyyəsini və auditor riskini müəyyən etməklə, audit üçün əhəmiyyətli olan sahələri aşkar etməkdən və zəruri audit prosedurlarını planlaşdırmaqdan ibarətdir.
Auditin keçirilməsi – mahiyyəti üzrə audit prosedurlarının həyata keçirilməsini və audit sübutlarının əldə olunmasını, toplanmış məlumatların qanunvericiliyin və layihənin müəyyən parametrlərinə uyğunluğu nöqteyi-nəzərindən qiymətləndirilməsini, auditin nəticələrinə dair hesabatın və tövsiyyələrin hazırlanmasını özündə birləşdirir.
Audit hesabatlarının təqdimatı – auditin nəticələrini Sifarişçiyə çatdırmaqdan ibarətdir. |